Bakı Fond Birjası “Gənc investor” müsabiqəsini elan edir

17 SENTYABR 2015

Bakı Fond Birjası Bilik Mübadiləsi proqramı çərçivəsində tələbələrin qiymətli kağızlar bazarına marağının artırılması və savadlı kadrların yetişdirilməsini təşviq məqsədi ilə UNEC tələbələri arasında GƏNC İNVESTOR keys müsabiqəsini  elan edir!

Müsabiqənin tələbləri nələrdir ?

Müsabiqəyə qoşulmaq istəyən tələbələr verilmiş keysi  analiz etməli və analizin nəticəsi olaraq yazılı esse təqdim etməlidirlər. Keys tələbələrdən maliyyə vəziyyəti ilə əlaqədar çətinliklə üzləşən böyük bir şirkətin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi probleminə həll yolu təklif etməyi tələb edir.

Keys materialları özündə real bir şirkətin cari və keçmiş fəaliyyəti haqqında mühüm məlumatları, eləcə də onun maliyyə hesabatlarını əks etdirir və yarışma elan olunan gün qeydiyyat zamanı istifadə olunan email ünvanlarına göndəriləcəkdir.

Müsabiqədə kimlər iştirak edə bilər ?

Azərbaycan Dövlət İqtisad Universitetinin bütün fakültələrinin 2-ci, 3-cü  və 4-cü kurs tələbələri

Qaliblər necə mükafatlandırılacaq?

Göstərilən şərtlər üzrə maksimum bal toplamış ilk 3 yerin qalibi aşağıdakı şəkildə mükafatlandırlacaqdır:

I YER                      800 AZN

II YER                    400 AZN

III YER                   300 AZN

 

Müsabiqənin ilkin vaxt cədvəli aşağıdakı kimidir:

Qeydiyyat müddəti                        30 sentyabr 2015-ci il tarixinədək

Təqdimat tədbiri                             30 sentyabr 2015-ci il

Esselərin qəbul edilməsi                01 oktyabr 2015-ci il tarixindən – 26 oktyabr 2015-ci il tarixinədək

Mükafatlandırma tədbiri               10 noyabr 2015-ci il

 

Müsabiqədə necə iştirak etməli ?

Müsabiqədə iştirak etməyə iddialı olan tələbələr [email protected] ünvanına  email yazaraq (Ad, soyad, ata adı, fakultə,ixtisas, kurs, əlaqə nömrəsi) 30 sentyabr 2015-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Diqqət: Yarışma keysi Sizə qeydiyyatdan keçərkən istifadə etdiyiniz email ünvanına yarışma başlandığı tarixdə göndəriləcəkdir!

Daha ətraflı məlumat üçün http://bfb.az/musabiqe linkinə daxil olun.