DAAD-in Almaniyada təhsil imkanları haqqında təqdimatı keçiriləcək

12 OKTYABR 2016

Oktyabrın 14-də Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidmətinin) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün təqdimat keçirəcək. Təqdimatda Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqramları çərçivəsində təhsil almaq və tədqiqatın aparılması üçün yaradılan imkanlar haqqında geniş məlumat veriləcək.

Təqdimata ingilis və ya alman dilini bilən və Almaniyada magistratura təhsili almaq istəyən UNEC-in 4-cü kurs tələbələri və magistrləri, həmçinin alman dilini bilən və Almaniyada dil kurslarında iştirak etmək istəyən 2-3-cü kurs tələbələri dəvət olunurlar.

Tədbir saat 11:00-da UNEC-in əsas tədris binasında (İstiqlaliyyət küçəsi, 6), kiçik akt zalında keçiriləcək.

Proqramla maraqlananlar Beynəlxalq əlaqələr departamentinə (UNEC, əsas tədris binası, İstiqlaiyyət,6, 115-ci otaq, tel.: 492-60-45) müraciət edə bilərlər.

Qeyd: DAAD Bakıdakı Məlumat Mərkəzinin fəaliyyəti və proqramları haqqında məlumat əldə etmək üçün aşağıdakı internet səhifəsinə müraciət etmək olar:

https://www.daad.de/miniwebs/icbaku/de/

Almaniyada tədqiqat imkanları barədə təqdimat keçiriləcək

Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidmətinin) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri UNEC-in doktorant, dissertant və elmi-tədqiqat işləri və araşdırmaları aparan alimləri üçün Almaniyada tədqiqat imkanları haqqında təqdimat keçirəcək. Təqdimatda Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqaramları çərçivəsində təhsil almaq və tədqiqatın aparılması üçün yaradılan imkanlar haqqında geniş məlumat veriləcək.

Tədbir saat 12:00-da UNEC-in əsas tədris binasında (İstiqlaliyyət küçəsi, 6), kiçik akt zalında keçiriləcək.

Proqramla maraqlananlar Beynəlxalq əlaqələr departamentinə (UNEC, əsas tədris binası, İstiqlaiyyət,6, 115-ci otaq, tel.: 492-60-45) müraciət edə bilərlər.

Qeyd: DAAD Bakıdakı Məlumat Mərkəzinin fəaliyyəti və proqramları haqqında məlumat əldə etmək üçün aşağıdakı internet səhifəsinə müraciət etmək olar:

https://www.daad.de/miniwebs/icbaku/de/