Dil-karyeraya gedən yol” tələbə müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə!

19 OKTYABR 2016

Noyabrın 17-18-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Təhsil Nazirliyinin himayəsi ilə “Dil-karyeraya gedən yol” mövzusunda III Ümumrespublika universitetləri arasında tələbə müsabiqəsi keçiriləcək. Müsabiqə zamanı tələbələr müxtəlif mövzularla əlaqədar ingilis dilində təqdimatlar hazırlayaraq münsiflər heyətinə təqdim etməlidir.

UNEC tələbələrinin bu müsabiqədə iştirakı məqsədilə seçim turu həyata keçiriləcək. Seçiləcək namizədlər upper-intermediateadvanced səviyyəsində danışmağı və müxtəlif proqramlarda təqdimat hazırlamağı bacarmalıdırlar. Seçim turunda iştirak etmək istəyənlər şəkilli CV-lərini 30 oktyabr 2016-cı tarixinədək karyera@unec.edu.az elektron poçtuna göndərməlidirlər. Elektron poçtun “subject” bölməsində “Dil-karyera” sözünü yazmağı unutmayın.

Qaliblərə aşağıdakı mükafatlar veriləcək:

I yer noutbuk

II yer planşet

III yer mobil telefon

Özünə güvənən bütün tələbələrimizi seçim turunda iştirak etməyə dəvət edir və hər birinə uğurlar arzu edirik.

Əlaqə telefonu: +99412 497 71 35 UNEC Karyera Mərkəzi