Doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edilir

28 DEKABR 2017

Azərbaycan  Dövlət  İqtisad Universiteti

aşağıdakı  elm sahələri üzrə 2017- ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir.

CƏDVƏL

Qəbul qaydaları: 

  1. Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertanturada müsabiqədə iştirak edən namizədlər, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərə, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar. Yüksək nüfuzlu beynəlxalq jurnallarda məqalə dərc etdirən namizədlərə üstünlük verilir.
  2. Doktoranturaya və dissertanturaya qəbul haqqında ərizə universitet rektorunun adına yazılır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
  • Kadrların şəxsi qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3×4 ölçüdə)
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə 20-25 səhifəlik referat;
  • ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin surətlərinin notarial qaydada təsdiqi (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • fəlsəfə doktoru (elmlər namizədi) diplomunun surətinin notarial qaydada təsdiqi (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).
  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
  2. Hər imtahan başa çatdıqdan sonra onun nəticəsi elan olunur. Birinci imtahandan kafi qiymət alan şəxslər növbəti imtahanlara buraxılır.
  3. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli doktoranturanın yaradılması və doktoranturaya qəbul qaydalarına müvafiq olaraq aparılır.
  4. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 2017-ci il 28 dekabr 22 yanvar 2018-ci il tarixlərində həftənin I-V günləri saat 10.00-dan 16.00-dək aparılacaqdır.
  5. Qəbul imtahanları isə 26 yanvar 2018-ci il tarixindən başlanacaqdır.

 

Ünvan: Bakı şəh., İstiqlaliyyət küçəsi 6, UNEC-in Əsas binası, Doktorantura şöbəsi (otaq 414). Telefon : 492-88-87

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna