Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulunu elan edir

09 FEVRAL 2016

Dövlət Mükafatları Komissiyası tərəfindən Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulu elan edilir.

Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mü­kafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2016-cı il 1 aprel tarixinədək həmin komissiyaya təqdim edil­mə­li­dir.

Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küç., 68, Nazirlər Kabineti

Əlaqə telefonu: 492-56-01

E:mail: nk@cabmin.gov.az