Əcnəbi vətəndaşların nəzərinə

02 DEKABR 2019

ecnebi_telebeler_021219

2019/2020-ci tədris ilindən başlayaraq UNEC-də əcnəbi vətəndaşlar üçün dörd tədris dilində – Azərbaycan, rus, ingilis və türk dillərində hazırlıq kursları fəaliyyət göstərəcək. Hazırlıq proqramına qəbul olanlar UNEC tələbə statusu əldə edəcəklər.

Kursları uğurla bitirən tələbələr Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən şəhadətnamə əldə edəcəklər.

Təhsil müddəti : 6 aydan 1 ilə kimi

Təhsil haqqı:

Bir il üçün – 1000 ABŞ dolları
Yarım  il üçün – 500 ABŞ dollar

Müraciət tarixləri:

Yaz semestri üçün: 1 dekabr 2019 – 31 yanvar 2020-ci il
Payız semestri üçün: 1 iyul – 31 avqust 2020-ci il

Tələb olunan sənədlər :

  1. ərizə
  2. xarici pasport və vizanın surəti (təhsil vizası)
  3. 3×4 şəkil (4 ədəd)
  4. Öncəki təhsil haqqında sənəd
  5. Interational Medical Center tərəfindən verilən Həkim müayinəsi arayışı

Müraciət üçün:

Aysel Musayeva, UNEC, Beynəlxalq əməkdaşlıq departamenti
Ünvan: Bakı, İstiqlaliyyət, 6, 115-ci otaq
Əlaqə: +994 12 492 60 45
E-mail: [email protected]