Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramına qəbul başladı

12 APREL 2018

DSC_3104-0022018/2019-ci tədris ili üzrə UNEC-in Dünya İqisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayıb.

Proqrama qəbul olan UNEC-in tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək.

Əsas qəbul şərtləri:

  1. UNEC-in ikinci kurs tələbəsi olmaq
  2. Minimum orta bal (ÜÖMG) – 81 bal
  3. İngilis dili – B1

*
Tələb olunan sənədlər:

  1. Akademik transkript
  2. CV
  3. Pasport

*
Tərəfdaş universitet - Montpellier Universiteti
Müddət - 1 il
Tədris dili - İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı - yoxdu
Son müraciət tarixi - 20 aprel 2018-cı il
Tədrisin başlanması - 2018-cı il, sentyabr
Tədrisin bitməsi – 2019-ci il, aprel

Aprelin 12-də UNEC-in əsas tədris binasının böyük akt zalında ikili diplom proqramı haqqında təqdimat keçiriləcək və tələbələri maraqlandıran suallar cavablandırılacaq.

Məlumat günü haqqında daha ətraflı:

Əsas tədris binasında – 12 aprel 2018-ci il, saat 15.00-da, Böyük akt zalı
II və IV tədris binasında – 13 aprel 2018-ci il, saat 15.00-da, Böyük akt zalı

Müraciət üçün:

Afət Ələkbərova
UNEC, Beynəlxalq Əlaqələr Departmenti, 115-ci otaq

Tel.: +994 12 492 60 45
Fax: +994 12 492 59 40
E-mail: afet.alakbarova@unec.edu.az