İndoneziya Respublikasının Tədqiqat, Texnologiya və Ali Təhsil Nazirliyi baklavr və magistr üzrə təqaüd proqramları elan edir

21 APREL 2017

İndoneziya Respublikasının Tədqiqat, Texnologiya və Ali Təhsil Nazirliyi bakalavr və magistr pillələri üzrə İndoneziya Kemitra Nagara Berkembang (KNB) 2017 təqaüd proqramını elan edir. Magistr programları üçün 135, bakalavr programları üçün isə 5 yer ayırılmaqdadır. Proqramların müddəti:

  • İndoneziya Dil Kursu və Magistr Hazırlıq Programları – maksimum 12 aylıq
  • Magistr Programları- maksimum 24 aylıq
  • Bakalavr Programları – maksimum 48 aylıq

Təqaüd programında yol, yaşayış, dil və hazırlıq kursu xərcləri ödəniləcəqdir.

Online Müraciət  www.knb.ristekdikti.go.id ünvanı vasitəsilə 30 Aprel 2017-ci il tarixinədək edilməlidir. Nəticələr iyun 2017-ci ilin ilk həftəsi bilinəcəkdir. Daha ətraflı məlumatı www.knb.ristekdikti.go.id ünvanından əldə edə bilərsiz.