“İndoneziya Universiteti (Uİ) 2017-ci il üzrə Alimlər Sammiti”

16 İYUN 2017

10-11 oktyabr tarixlərində İndoneziyanın Depok şəhərində İndoneziya Universiteti (Uİ) “Daha yaxşı dünya qurmaq diləyi ilə” şüarı atlında “Uİ 2017-ci il üzrə Alimlər Sammiti” adlı tədbir təşkil edəcəkdir. Dünyanın aparıcı universitetlərini təmsil edən nümayəndələrin iştirak edəcəyi tədbir 2 gün müddətdinə nəzərdə tutulur. Tədbir 3 hissədən ibarət olacaqdır: tibb elmləri; elm və texnologiya; sosial və humanitar elmlər.

Tədbirdə iştirak etmək üçün məqalələrin qəbulu ilə bağlı aşağıdakı tarixlər nəzərdə tutulur:

 

Abstraktın qəbul tarixi                    : 1 may-1 avqust 2017

Qəbul edilmiş abstraktın elanı     : 10 avqust 2017

Məqalənin son qəbul tarixi            : 10 sentyabr 2017

Son qeydiyyat                                 : 10 sentyabr 2017

İştirakçılar ödənişsiz qeydiyyat, yaşayış, oteldən məkana nəqliyyatla təmin ediləcək; iştirakçılar üçün nəzərdə tutulmuş mədəniyyət gəzintisində iştirak edəcəklər.

Ətraflı məlumatı İndoneziya Universitetinin Beynəlxalq Əlaqələr Ofisindən əldə etmək olar:

Email: [email protected]