Azərbaycan Respublikasının Mərkəzi Bankı 2017-ci il İnternatura proqramına qəbul üçün müsabiqə elan edir

23 YANVAR 2017

İnternatura proqramına iş təcrübəsi olmayan,  bakalavr pilləsinin IV kurs tələbələri, o cümlədən magistrantlar aşağıdakı istiqamətlər üzrə  müraciət edə bilərlər:

  • İqtisadiyyat
  • Kompyuter elmləri və informasiya texnologiyaları
  • Maliyyə
  • Mühasibat uçotu
  • Menecment
  • Tətbiqi riyaziyyat

İnternatura proqramının müddəti  03 iyul-15 sentyabr 2017-ci ilədəkdir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları – Müraciət et” alt-bölməsinə daxil olaraq doldura bilərsiniz.

Son müraciət tarixi 2017-ci il fevralın 3-dəkdir.