“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinin ümumi yığıncağı keçiriləcək

05 FEVRAL 2018

Fevralın 16-da “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinin ümumi yığıncağı keçiriləcək.

Gündəlikdəki məsələlər:

1. “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinə yeni üzvlərin qəbul edilməsi;
2. Birliyin yeni tərkibdə İdarə Heyətinə və Nəzarət-Təftiş Qrupuna seçkilərin keçirilməsi;
3. Birliyin İdarə Heyətinə sədr seçilməsi;
4. Digər təşkilati məsələlər;
5. Müvafiq sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi.

*
İclas saat 12:00-da UNEC-in əsas tədris binasında Heydər Əliyev Mərkəzində (305-ci otaq) keçiriləcək.

Bütün üzvlərdən iştirak etmələrini xahiş edirik.

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinin təsisçiləri