“Klassifikasiya problemlərində statistik modellərin istifadə olunması” mövzusunda seminar keçiriləcək

12 APREL 2021

seminarUNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı Həsrəddin Quliyevin təqdimatında “Klassifikasiya problemlərində statistik modellərin istifadə olunması” mövzusunda onlayn seminar keçiriləcək.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və  UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

14 aprel 2021-ci il tarixində saat 14.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən linki vasitəsilə qoşula bilərsiniz.