Polşada magistratura və PhD təhsil imkanı

05 YANVAR 2017

Polşa Respublikası magistrlər üçün Varşava Universtetində və PhD tələbələr üçün Polşanın dövlət universitetlərində təqaüd imkanlarını təklif edir.

Magistrlər üçün təqaüd 2017-ci ilin sentyabrından 2019-ci il iyun ayınadək, PhD tələbələr üçün isə 2017-ci ilin sentyabrından 2018-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Təhsil polyak dilindədir. Təqaüdçü tələbələr əlavə olaraq, intensiv polyak dili kurslarında iştirak edə biləcəklər.

Magistratura pilləsi üçün son müraciət tarixi: 15.03.2017

PhD tələbələr üçün: 01.03.2017

Əlavə məlumat və müraciət üçün aşağıda qeyd olunan internet səhifələrindənistifadə etmək olar:

  www.msz.gov.pl və ya www.studium.uw.edu.pl