Professor-müəllim heyəti üçün “MEVLANA MÜBADİLƏ PROQRAMI”na sənəd qəbulu başlayıb

05 FEVRAL 2016

Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na 2016/2017-ci tədris ilinə sənəd qəbulu elan edilib.

“Mevlana Mübadilə Proqramı” UNEC-in professor-müəllim heyəti üçün Türkiyənin müvafiq universitetlərində təcrübə keçmək imkanı təqdim edir. 1-2 həftə müddətində həyata keçirilən mübadilə zamanı heyət üzvlərinin Türkiyə universitetlərində tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulub.

Mübadilə ilə bağlı xərclər YÖK təqaüdü hesabına ödəniləcəkdir. Proqramda UNEC-in bütün kafedralarının professor və müəllimləri iştirak edə bilərlər.

 

Tələb olunan sənədlər:

  1. Namizəd üçün müraciət forması (Öğretim elemanı bilgi formu)
  2. Namizəd haqqında ətraflı məlumat (portfolio və ya özgeçmiş)
  3. Niyyət məktubu
  4. Çap olunmuş elmi əsərlərin siyahısı
  5. Xarici pasportun surəti
  6. 3×4 şəkil – 2 ədəd

 

Proqramda iştirak etmək istəyən müəllimlər tələb olunan sənədləri  19 fevral 2016-cı il tarixinə qədər Beynəlxalq əlaqələr departamentinə türk və ya ingilis dillərində təqdim etməlidirlər.

 

Proqramla bağlı daha ətraflı məlumatı www.mevlana.yok.gov.tr  ünvanından və Beynəlxalq əlaqələr departamentindən əldə etmək mümkündür.

 

MEVLANA MÜBADİLƏ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ UNEC İLƏ ƏMƏKDAŞLIQ EDƏN UNİVERSİTETLƏRİN SİYAHISI

Əlaqə üçün:
Beynəlxalq əlaqələr departamenti, [email protected]
Telefon: +994 12 492 60 45

 

 

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna