“Səhm Bazarları və Maliyyə Savadlılığı” üzrə sertifikat proqramı keçiriləcək

02 DEKABR 2025

8-12 dekabr 2025-ci il tarixlərində EGE Universitetinin dosenti Dr. Hamit Özman tərəfindən “Səhm Bazarları və Maliyyə Savadlılığı” mövzusunda sertifikat proqramı keçiriləcək.

Proqram çərçivəsində iştirakçılara qlobal iqtisadi proseslər, maliyyə bazarlarının fəaliyyəti və investisiya alətlərinin tətbiqi ilə bağlı nəzəri və praktiki biliklər təqdim ediləcək.

Təlim proqramına aşağıdakı mövzular daxildir:

 

  • Qlobal makroiqtisadi mənzərə
  • Pul siyasəti və risklərin idarə edilməsi
  • Strateji maliyyə menecmenti və fondların idarəetmə strategiyaları
  • Səhm bazarları və investisiya alətləri
  • Fundamental və texniki analiz

Proqrama qoşulmaq istəyənlər əlavə məlumat üçün əlaqə saxlaya bilərlər:
Əlaqə: 055 285 14 74
Rəşid Sadıqov