Təcrübə proqramının qış sessiyasına (yanvar-mart 2018) sənədlərin qəbulu 1-15 dekabr 2017-cı il tarixinədək davam edəcəkdir

05 DEKABR 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xarici və yerli tələbə və magistrantlar üçün 3 ay olmaqla ildə 4 dəfə təcrübə keçmək imkanı yaradır. Təcrübə ilə bağlı sənədlərin qəbulu 1 ay əvvəl SAM-ın saytında elan olunur.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 13:00 və ya 14:00-18:00) və ödənişsizdir. Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə SAM-ın sertifikatı təqdim olunur.

İldə 4 dəfə olmaqla ( yaz, yay, payız və qış sessiyaları) keçirilən bu proqram çərçivəsində aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan yuxarı (III- IV) kurs tələbələri və magistrantlar təcrübə proqramına qatılmaq üçün SAM-a müraciət edə bilərlər:

  • Beynəlxalq Münasibətlər
  • Siyasətşünaslıq
  • Beynəlxalq İqtisadi Münasibətlər
  • Sosial Elmlər və Psixologiya
  • Beynəlxalq Jurnalistika
  • Amerikanşünaslıq
  • Regionşünaslıq

Təcrübəçidən – xarici dillərdən ( ingilis, rus, ərəb, fransız, fars) ən azı ikisini bilmək, komputer biliklərinə malik olmaq (Microsoft Office proqramları, Internet) və kollektivlə səmimi ünsiyyət qurmaq tələb olunur.

Təcrübə keçmək üçün müraciət forması: Yalnız sənədlərin qəbulu elan olunduqdan sonra, təcrübə proqramına qatılmaqda maraqlı olan namizədlər Azərbaycan və ya İngilis dilində CV-ni (zəhmət olmasa 3×4 formatlı şəkil əlavə edilsin), xarici dil biliklərini əsaslandıran sənədləri (arzu olunandır) əlavə etməklə, aşağıda qeyd olunan elektron ünvana göndərməlidir: [email protected] 

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna