Tədqiqatçıların nəzərinə: China National Knowledge Infrastructure bazası istifadəçilər üçün açıq olacaq

06 NOYABR 2019
1 noyabr-31 dekabr 2019-cu il tarixlərində China National Knowledge Infrastructure bazası istifadəçilər üçün açıq olacaq.CNKI (China National Knowledge Infrastructure) Tsinghua Universitetinin tərəfindən yaradılam milli informasiya bazasıdır. Layihə 1996-cı ildə Tsingua Universitet və Tsingua Tongfang şirkəti tərəfindən təsis edilib.

CNKİ Çin İnteqrasiya Məlumat Resursları Sisteminə jurnallar, dissertasiyalar, tezislər, konfrans topluları, qəzetlər, statistik məlumat toplusu, patentlər, elektron kitablar və s. daxildir. Onlayn elmi kitabxana Çində ən çox müraciət olunan bazadır.

Az.LİK çərçivəsində China National Knowledge Infrastructure bazası 1 noyabr-31 dekabr 2019-cu il tarixlərində açıq olacaqdır.

Aşağıda qeyd olunan linklərlə həmin bazaya daxil olmaq mümkündür:

İngilis dilində – http://oversea.cnki.net

Çin dilində – http://cn.oversea.cnki.net/law/default.aspx 

Gələcək əməkdaşlığın davamlılığı məqsədilə qeyd olunan baza haqqında təklif və rəylərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

ƏTRAFLI