Tələbələrin nəzərinə!

27 MAY 2017

Əziz tələbələr!

UNEC-də təhsil alan tələbələrin istehsalat təcrübəsi artıq bitdi. Universitetin rektoru, professor Ədalət Muradov təcrübə müddətində qarşılaşdığınız hər hansı problemin həll edilməsi, irad və təkliflərinizin dinlənilməsi məqsədilə sizləri görüşə dəvət edir.

Rektorla görüş 31 may tarixində, saat 13:30-da universitetin əsas tədris binasının kiçik akt zalında keçiriləcək.

Əziz tələbələr!

Ümumiyyətlə, istehsalat təcrübəsilə bağlı suallarınızı, irad və təkliflərinizi  [email protected] e-mail ünvanına göndərə bilərsiniz.