Türkiyədə “Kompyuter və Texnoloji Tətbiqlər (ICCTA 2020)” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18 NOYABR 2019

Antalya_konfrans_18111914-16 aprel 2020-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Kompyuter və Texnoloji Tətbiqlər (ICCTA 2020) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Gazi Universitetinin təşkilatçılığı ilə keçiriləcək konfransda mövzuya uyğun təcrübələrin və yeni tətbiqlərin mübadiləsi və təqdimatına əsaslanan sənaye və nəzəri sahələrdə tədqiqat nəticələrinin müzakirələrinə geniş yer veriləcəkdir. Konfrans dünya üzrə iştirak edəcək tədqiqatçılar və tyutorlar arasında rasional müzakirələr və ideya mübadilələrinə geniş yer verən nümayəndələrə açıqdır. İştirakçılar konfrans mövzusuna uyğun müasir və qabaqcıl texnologiyalar və ixtiralarla əyani şəkildə tanış olmaq imkanını əldə edəcəkdir.

Son müraciət tarixləri: 

Məqalənin təqdim olunması tarixi 30 noyabr  2019
Bildiriş tarixi 25 dekabr 2019
Son qeydiyyat günü 10 yanvar 2020

 

Bütün məqalələrə ekspertlər tərəfindən rəy verilir. 15 və 20 gün ərzində rəyin nəticəsi müəlliflərə göndərilir. Qəbul olunmuş və qeydiyyatdan keçmiş bütün məqalələr Ei Compendex, Scopus bazasında indeksləşən Konfrans kitabında dərc olunur.

 Əsas mövzular

Alqoritmlər
Kompyuter təcrübələri və tətbiqləri
İnformasiya Sistemləri
Avtomatlaşdırılmış Proqram Mühəndisliyi
Bioinformatika və elmi hesablama
Multimedia proqramları
Kompyuter Animasiyası
Verilənlər bazası sistemləri
Kompüter qrafikası və multimedia
Təhsildə texnologiya
Süni intellekt
Rəqəmsal kitabxana və s.

Konfransın keçirilmə ünvanı:
Türkiyə Antalya
Əlavə məlumat: UNEC-in EFTİED “Elmmetrika” şöbəsi
Tel.: 492 72 98