Türkiyənin Orta Doğu Teknik Universitetində yaz semestri üçün mübadilədə iştirak etmək imkanı

21 NOYABR 2016

UNEC-in bakalavrları Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) yaz semestri üçün mübadilədə iştirak etmək hüququ qazana bilərlər

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1.Bakalavr təhsili;
2.Minimum orta qiymət 91 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;
3.İngilis dilində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.

Tələb olunan sənədlər:
1. Transkript (ÜOMG göstərilməklə)
2. Tədris protokolu (LEARNING AGREEMENT FOR APPLICANTS OF ERASMUS+) 
3.İngilis dili biliyini təsdiq edən sənəd: arayış və ya seritifikat (TOEFL, IELTS)
4. Motivasiya məktubu (Ingilis dilində)
5. Xarici Pasportun surəti
6.Tələbə bileti
7. 3×4 şəkil – 2 ədəd

Orta Doğu Teknik Universitetinin dərs kodlarını müvafiq fakültələr üzrə bu linkdən əldə etmək olar: http://feas.metu.edu.tr

Müraciət müddəti
Müraciət üçün son tarix: 2 dekabr 2016-cı il
Ətraflı məlumat üçün: UNEC-in Beynəlxalq əlaqələr departamenti, (012) 492 60 45