UNEC AÇIQ TENDER ELAN EDİR

18 AVQUST 2017

Tender 2 (iki) lot üzrə keçirilir:

Lot-1. Dəftərxana və təsərrüfat mallarının satın alınması

Lot-2. Avadanlıqların satın alınması

Tenderdə iştirak etmək üçün iddiaçılar hər bir lot üzrə 300 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasından ala bilərlər.

Əlaqələndirici şəxs: Kamran Hüseynli.

Əlaqə telefonu: (012) 492-59-23

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

VÖEN   1700091281
Bankın adı: “Kapital Bank” ASC-nin Səbail filialı
VÖEN  9900003611
M/H     AZ37NABZ01350100000000001944
H/H:    AZ96AIIB33010019443507362105
Kodu: 200059
SWIFT: AIIBAZ2X

 

 

 

 

 

*

*

*

*

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlardan arayışlar (arayışların əsilləri və tarixləri tender elanından sonra olmalıdır);
  • İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 sentyabr 2017-ci il tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20 sentyabr 2017-ci il, saat 17:00-a dək Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, İstiqlaliyyət küç. 6 ünvanında yerləşən əsas binasına yazılı formada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 21 sentyabr 2017-ci il, saat 11:00-də Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, İstiqlaliyyət küç. 6 ünvanında yerləşən əsas binasınln iclas zalında açılacaqdır.

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI