UNEC Biznes Məktəbi 2017-2018-ci tədris ili üzrə MBA proqramına magistr qəbulu həyata keçirir

16 MART 2017

2017-2018-ci tədris ili üzrə UNEC Biznes Məktəbinin MBA proqramına Dövlət İmtahan Mərkəzi vasitəsi ilə aşağıdakı ixtisaslaşmalar üzrə magistr qəbulu həyata keçirilir: 

  • Maliyyə;
  • Bank və sığortanın idarə edilməsi;
  • Qiymətli kağızlar;
  • Ümumi təyinatlı (General MBA);
  • Beynəlxalq biznes;
  • Menecment;
  • Marketinq;
  • Mühasibat uçotu;
  • İnsan resurslarının idarə edilməsi;
  • Səhiyyənin idarə edilməsi;
  • Turizm və otelçiliyin idarə edilməsi;
  • İdmanın idarə edilməsi;
  • Mühəndislik və risklərin idarə edilməsi;
  • Layihələrin idarə edilməsi.

*

Əcnəbilərin UNEC Biznes Məktəbinin MBA Proqramına qəbulu

UNEC Elmi Şurasının qərarı ilə 2017-2018-ci tədris ilindən etibarən UNEC Biz­nes Məktəbinin MBA Proqramına  əcnəbi vətəndaşlar üçün təhsil haqqı 4000 (dörd min)  ABŞ dollarından  2500 (iki min beş yüz) ABŞ dolları qədər azaldılıb.