UNEC-də British Council tərəfindən doktorantura proqramı üzrə keçirilən ingilis dili (Aptis) imtahanı

27 NOYABR 2015

APTİS testi:- Aptis bütün dünyada ingilis dili səviyyəsinin müəyyən edilməsi üçün universitetlər, nazirliklər, transmilli korporasiyalar və dil məktəbləri tərəfindən istifadə olunan test sistemidir. Aptis beynəlxalq səviyyəli ingilis dili testidir. Aptis testində qrammatika, söz ehtiyatı və dil bacarıqları qiymətləndirilir (danışıq, yazı, oxu və dinləmə). Test ümumi suallarla başlayır və daha sonra daha mürəkkəb tapşırıqlar təqdim edilir. Testin hər bir bölməsində ingilis dili üzrə A1-C səviyyələri qiymətləndirilir.

Aptis beynəlxalq miqyasda Dillər üçün Vahid Avropa Etalon Sisteminə (DVAES) əsasən fəaliyyət göstərdiyindən DVAES bütün dünyada ingilis dili üzrə səriştənin qiymətləndirilməsi üçün etalon kimi istifadə edilir.

Aptis testinin keçirilmə qaydaları:

  • İmtahanın müddəti 55 dəqiqədir;
  • İmtahana gələn iştirakcılar saat 10:30-da imtahan keçirilən otağa yaxınlaşmalıdırlar;
  • İmtahan gələn doktorantlar imtahana girmədən şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər;
  • Siyahıdan kənar şəxslərin imtahanda iştirakı yalnız universitet rəhbərinin razılığından sonra mümkün olur;
  • İmtahanın nəticələri dekabr ayının 1-2-də universitetin doktorantura şöbəsinə elektron formada təqdim olunur;
  • British Council-ın nümayəndələrinin siyahısı doktorantura şöbəsinə imtahana 2 gün qalmış göndərilir.

30 Noyabr saat 11:00-də universitetin əsas binasında “Heydər Əliyev” Mərkəzində təşkil edilməsi təklif olunur.