UNEC-də doktoranturaya qəbul üzrə ixtisas imtahanlarının vaxtı

02 FEVRAL 2018

UNEC-də 2018-ci il üçün doktoranturaya qəbul üzrə ixtisas imtahanlarının vaxtı müəyyənləşib.

Fevralın 7-də “Ekonometriya; iqtisadi statistika”, “İstehsalın təşkili (sahələr üzrə)” və “Mühasibat uçotu” ixtisları üzrə imtahanlar keçiriləcək.

Fevralın 8-də “Daxili fiskal siyasət və dövlət maliyyəsi”, 9-da isə “İqtisadi nəzəriyyə”, “Dünya iqtisadiyyatı” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə imtahanlar təşkil ediləcək.

İmtahanlar saat 10:00-da UNEC-in əsas tədris binasında keçiriləcək.

Əlavə məlumat: (012) 492 88 87