UNEC-də əlilliyi olan gənclər üçün əmək yarmarkası

26 APREL 2018

define-career-300x197Mayın 5-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək.

Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində də məqsəd məhz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsidir. Ölkə başçısının sosial sahənin inkişafı ilə bağlı siyasətinin əsas istiqamətlərindən biri də əlilliyi olan gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığı təmin edən və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasına yönəlib. Ölkəmizdə inklüziv təhsil sisteminin beynəlxalq normalara uyğun qurularaq inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Dövlət başçısının təsdiqlədiyi “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da  sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyə, onların təhsili və məşğulluğu üçün maneəsiz mühit yaratmağa xidmət edir.

Əmək yarmarkasında UNEC-lə yanaşı, digər ali təhsil ocaqlarının da əlilliyi olan tələbə, magistr və məzunları mezun@unec.edu.az ünvanına CV göndərməklə iştirak edə bilərlər. Elektron CV bazası yaradılaraq, müfaviq nazirlik, təşkilat və şirkətlərə təqdim ediləcək.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser