UNEC-də “Məzun – 2017” əmək yarmarkası

06 SENTYABR 2017

ƏZİZ MƏZUNLAR! 

Oktyabrın 14-də UNEC-də “Məzun – 2017” əmək yarmarkası keçiriləcək.

Yarmarkada dövlət qurumları və tanınmış şirkətlər təmsil olunacaqlar. Namizədlərin CV-ləri yarmarkada iştirak edəcək təşkilat və şirkətlərə əvvəlcədən təqdim olunacaq və seçilən namizədlər yarmarka günü müsahibəyə dəvət ediləcəklər. Bu imkandan istifadə etmək üçün CV-lərinizi 20 sentyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Tədbirin keçirilmə yeri: UNEC-in əsas tədris binası, İstiqlaliyyət küçəsi 6.

Tədbirin keçirilmə saatları: 10:00-15:00