UNEC – Karyera Mərkəzi 2016/2017-ci tədris ilinin II yarısı üçün təlim planı

09 FEVRAL 2017

UNEC – Karyera Mərkəzi fevral-may aylarında korporativ sektorun iştirakı ilə aşağıdakı mövzularda təlimlərin keçirilməsini planlaşdırır. Tələbə və magistrantlar iştirak etmək istədikləri təlimi seçərək CV-lərini karyera@unec.edu.az elektron ünvanına göndərə bilərlər. Elektron poçtun “subject” bölməsində cədvəldə göstərilən qısaltmanı qeyd etməlidirlər. Məsələn, “subject”: siqorta.

Hər iştirakçı ehtiyac duyduğu və ixtisasına uyğun olan yalnız bir təlimdə iştirak edə bilər. Təlimlərin keçirilmə yeri, tarixi və saatı barədə əlavə məlumat veriləcək və seçilmiş tələbələrə zəng olunacaqdır. Təlimlər ödənişsizdir, yalnız UNEC tələbə və magistrantları üçün nəzərdə tutulmuşdur. Təlimlərə olan tələbata müvafiq olaraq əlavə təlimlər təşkil olunacaqdır.

Qeyd: CV-lərinizdə oxuduğunuz növbə mütləq qeyd olunmalıdır.

Əlavə məlumat əldə etmək üçün UNEC-Karyera Mərkəzinə müraciət edə bilərsiniz.

TƏLİMİN ADI Subject
1. Sığorta işi və sığorta mədəniyyəti Sığorta
2. Beynəlxalq mühasibat uçotu Mühasibat
3. Maliyyə hesabatlarının hazırlanması üçün effektiv vasitələr Maliyyə hesabatları
4. Bank işi Bank işi
5. Marketinqin idarə edilməsi marketinq
6. Müəssisələrin idarə edilməsində səmərəliliyin artırılması Muəss.i-e
7. İnsan resurslarının idarə edilməsi HR
8. Vaxtın idarə edilməsi Vaxtın i-e
9. Əmək qanunvericiliyi Əmək
10. Dəyişikliklərin idarə edilməsi Dəyişiklik. i-e
11. Layihələrin idarə edilməsi Layihələrin i-e
12. Liderlik və motivasiya Liderlik
13. Kapital bazarı Kapital
14. Korporativ idarəetmə Korporativ
15. Keyfiyyətin idarə edilməsi Keyfiyyət