UNEC Karyera Mərkəzi Turan Bank ASC ilə birgə təlim keçirəcək

24 APREL 2017

UNEC Karyera Mərkəzi, Turan Bank ASC ilə birgə “Banklarda audit fəaliyyəti” mövzusunda təlim keçirəcəkdir. Təlim iki gün davam edəcək. Təlim bankın Daxili Audit Departamentinin direktoru Mövla Musayev tərəfindən həyata keçiriləcəkdir.

Təlimin keçirilmə tarixi: 4-5 may 2017
Başlanma və bitmə saatı: 10.00-13.00
Keçiriləcəyi yer: Turan Bank ASC-nin Baş Ofisi, Yasamal rayonu, İ.Qutqaşınlı küç., 85

Təlimdə iştirak etmək istəyənlər CV-lərini [email protected] elektron poçtuna göndərə bilərlər. Elektron poçtun “subject” bölməsində “telim-audit” sözünü yazmağı unutmayın. Seçilmiş tələbələrə zəng ediləcək. Təlim iştirakçılarına sertifikat veriləcək.

TƏLİM ÖDƏNİŞSİZDİR!