UNEC müəllimləri üçün Macarıstanda dərs demək imkanı

22 DEKABR 2017

UNEC-in müəllimlərinə Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” Mübadilə Proqramı çərçivəsində Macarıstanın Dunaujvaros Universitetində dərs demək imkanı təklif olunur.

Proqram müəllimlərin yol və gündəlik xərclərini qarşılayır.

Proqrama müraciət etmək istəyən müəllimlər CV və pasportlarını, eləcə də tədris edəcəkləri fənnin ingilis dilində sillabusunu Beynəlxalq Əlaqələr Departamentinə təqdim edə bilərlər.

Son müraciət tarixi: 28 dekabr.

Daha ətraflı məlumat üçün UNEC-in Beynəlxalq Əlaqələr Departamentində Afət Ələkbərovaya müraciət edə bilərisniz.

Ünvan: UNEC, əsas tədris binası, 115-ci otaq, tel.: 492-60-45