UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə 2018/2019-cu tədris ili üzrə qəbul olan abituriyentlərin qeydiyyatı üçün tələb olunan SƏNƏDLƏR

06 AVQUST 2018

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci

2018/2019-cu tədris ili üzrə qəbul olan abituriyentlərin

QEYDİYYATI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

 

  • İş nömrəsi və şifrə
  • Attestatın əsli;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti – 3 nüsxə;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti – 2 nüsxə;
  • Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 5 ədəd;
  • İpli qovluq – 1 ədəd

 

QEYD: ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər I kurs üçün nəzərdə tutulan  təhsil haqqını qeydiyyatdan keçərkən tam məbləğdə ödəməli və ödəniş haqqında sənədin nüsxəsini təqdim etməlidir.

 

TƏHSİL HAQQINDAN AZAD EDİLƏN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

TƏHSİL HAQQINDAN AZAD OLUNMAQ HÜQUQU

AŞAĞIDAKI ŞƏXSLƏRƏ ŞAMİL EDİLİR:

 

1)  “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 1308 nömrəli Sərəncamına əsasən

  • “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları

 

2)  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 1993-cü il tarixli 697 nömrəli Qanununa əsasən

  • Şəhid ailəsi statusu almış ailənin üzvü – ən çoxu 23 yaşına çatanadək.

 

3)  “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli 347 nömrəli Sərəncamına əsasən

  • 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikasıvətəndaşlarının uşaqları

4)  “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 14.8-1-ci maddəsinə və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 693-IQ nömrəli Qanunun 5-ci maddəsinə əsasən

  • 18 yaşınadəkhər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar.

 

 

TƏHSİL HAQQINDAN AZAD OLUNAN ABİTURİYENTLƏRDƏN

TƏLƏB OLUNAN ƏLAVƏ SƏNƏDLƏR:

I. Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:

  • cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti
  • 16 yaşı tamam omlayan məcburi köçkün statuslu şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən müvafiq arayış

 

II. Şəhid ailəsinin üzvü olan abituriyentlər:

1.Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;

2.Doğum haqqında şəhadətnamənin əsli və surəti 

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur. 

 

III. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyi­nin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

1.Doğum haqqında şəhadətnamənin əsli və surəti;

2.Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.).

 

IIIa. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

1.Doğum haqqında şəhadətnamənin əsli və surəti;

2.Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (və ya DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

  1. IV18 yaşınadəkhər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər:

1.Doğum haqqında şəhadətnamənin əsli və surəti;

2.Vətaf etmiş hər iki valideyninin ölüm haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətləri;

  1. Vətaf etmiş bir valideyninin ölümü haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Kommissiyasının (TSEK) verdiyi I və ya II qrup əlillik haqqında arayışın notarial qaydada təsdiq olunmuş surəti.

Qeyd olunanlar əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

Bu hal uşağın 18 yaşı tamam olanadək baş verməlidir. 

Qeyd: Əlillik arayışları müddətsiz deyilsə, tələbə göstərilən müddətə təhsil haqqından azad olunur.

 

Diqqət! Abituriyentlərin iştirakı olmadan qeydiyyat aparılmır.

Abituriyentlər DİM tərəfindən elan edilmiş müddətdə tələb olunan sənədləri həftənin I-V günləri saat 10.00-18.00-dək (13.00-14.00 nahar fasiləsi) kollecin I tədris binasına (Y.Məmmədəliyev, 8) təqdim etməlidirlər.

Sənəd Qəbulu Komissiyası