UNEC Online Karyera günü #8

17 MAY 2020

day8 copyUNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən Online Karyera günlərinin səkkizinci günündə iki qonaq fərqli saatlarda canlı yayımda olacaq.

18 may saat 14:30-da “Kapital Bank” ASC-nin İşə qəbul şöbəsinin baş mütəxəssisi, təlimçi və kouç Fidan Hüseynova, saat 18:00-da isə “Data SoCool” şirkətinin Karyera Mərkəzinin rəhbəri İsa Zeynal canlı yayımın qonağı olacaq.

Canlı yayım boyunca izləyicilər öz suallarını UNEC-in rəsmi facebook (fb.com/uneceduaz) və youtube (youtube.com/unecofficial) sosial şəbəkələrindən birbaşa ünvanlaya bilərlər.

Qeyd edək ki, canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılov olacaq.