UNEC rektoru müəllim və tələbələri qəbul edəcək

16 OKTYABR 2016

UNEC rektoru, prof. Ədalət Muradov universitetin müəllim, tələbə və əməkdaşlarının
fərdi qaydada qəbuluna başlayır. Qəbullar bütün tədris binalarında keçiriləcək.
İlk görüş oktyabr ayının 18-də universitetin əsas tədris binasında olacaq.
Ə.Muradov saat 13.30-dan 14.30-a kimi müraciətləri dinləyəcək.
Növbəti qəbul oktyabr ayının 25-də 2-ci tədris binasında təşkil ediləcək.

UNEC rektoru ilə görüşmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə və ya
Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsinə (əsas tədris binası, otaq 203)
müraciət edə bilərlər.