1. Ünvanlı dövlət sosial yardımı alanlar;
2. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
– I və II dərəcə əlilliyi olan şəxslər;
– işsiz kimi qeydiyyatda olanlar;
– yaşa görə əmək pensiyaçıları;
– yaşa görə sosial müavinət alanlar.
Bu hüquqdan faydalanmaq üçün tələbələrin e-telebe.edu.az saytından qeydiyyatdan keçərək müraciət etməsi tələb olunur.
Qeyd1: 2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin (məzunlar istisna olmaqla) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcəkdir.
Qeyd2: Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etməlidirlər.