huseyn_mamedovf.e.d., professor Məmmədov Hüseyn Mikayıl oğlu

Fizika üzrə elmlər doktoru, professor

İş telefonu:  +99412-439-73-73

E-mail: mhhuseyng@bsu.edu.az

QISA BİOQRAFİK MƏLUMAT

02 iyun 1974-cü ildə Azərbaycan Respublikası, Şərur rayonunda anadan olub, ailəlidir, 3 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ADLARI

1996 – Bakı Dövlət Universiteti Fizika fakültəsini fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2001- Fiziki elektronika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi («Cd1-xZnxS və CdS1-xSex tipli halkogenid yarımkeçirici nazik təbəqələrinin fotoelektrik və fotolüminessent xassələri və onların əsasında strukturlar»)

2006 – Dosent

2017 – Fizika üzrə elmlər doktoru «AIIBIICVI yarimkeçiriciləri əsasında elektrokimyəvi üsulla çökdürülmüş təbəqə və strukturlarda elektron proseslərinin xüsusiyyətləri»

2018 – Professor

*

ƏMƏK FƏALİYYƏTİ

2000-2006 – Bakı Dövlət Universiteti Fiziki elektronika kafedrasının assistenti

2006-2018 – Bakı Dövlət Universiteti Fiziki elektronika kafedrasının dosenti

2018 – Bakı Dövlət Universiteti Fiziki elektronika kafedrasının professoru

 

TƏCRÜBƏLƏR VƏ ELMİ YENİLİKLƏRİ HAQQINDA

Məhluldan elektrokimyəvi çökdürmə üsulu ilə A2B6 tip yarımkeçiricilərin nazik təbəqələrin və onların əsasında yüksək effektivliyə malik müxtəlif təyinatlı strukturların hazırlanması.

 

BEYNƏLXALQ SEMİNARLAR, SİMPOZİUM VƏ ELMİ KONFRANSLARDA İŞTİRAKI

1999 – «Yarımkeçirici materiallarda fiziki problemlər» Beynəlxalq elmi Konfransı, Çernivtsi,

2000 – 2017 –  Avropa Material Tədqiqi Elmi Cəmiyyətinin Yaz Seminarı, Strasburq, Fransa

2000, 2002, 2004, 2006 – «Fotoelektronika və gecə görmə cihazları» Beynəlxalq Elmi-texniki Konfransı, Moskva, Rusiya

2002, 2004, 2006 – «Bərk cisim elektronikası və mikroelektronikanın aktual problemləri» Beynəlxalq Elmi-texniki Konfransı, Taqanroq, Rusiya

2004, 2006 – «Opto-, nanoelektronika, nanotexnologiya və mikrosistemlər» Beynəlxalq Konfransı, Ulyanovsk, Rusiya

2013 – İCCE-21 Beynəlxalq Konfrans, İspaniya

2014, 2015 – “Nüvə radiasiyası nanosensor və nanosensor sistemləri” Beynəlxalq Konfransı, Gürcüstan

2016, 2017 – “Uğurlar və Nano Elmi” Zeqed Beynəlxalq Konfransı, Macarıstan

 

TƏDQİQAT SAHƏSİ

Nazik təbəqələrdə və onların əsasında hazırlanmış strukturlarda elektron proseslərinin tədqiqi

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ