qasimov_hesen_fotof.-r.e.n., dos. Qasımov Həsənalı Baxşalı oğlu

1  iyul 1941-ci ildə Füzuli rayonunun Govşadlı kəndində kolxozçu ailəsində anadan olmuşdur.

1959-cu ildə  orta məktəbini bitirmiş, 1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur.

1961-ci ildə ordu sıralarında hərbi xidmət göstərmiş, 1963-cü ildə tərxis olunmuşdur.

1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsinə daxil olmuş, 1968-ci ildə həmin ixtisası bitirmişdir.

1969-cu ildə Azərbaycan Elmlər Akademiyası  Fizika İnstitutuna işə qəbul olunmuşdur.

1980-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir, fizika-riyaziyyat elmləri namizədidir.

 

 

*

1985-1992-ci illərdə baş elmi  işçi vəzifəsində çalışmışdır.

1992-ci ildə Gəncə Dövlət Texnologiya İnstitutunun Bakı filialı Əmtəəşünaslıq fakültəsinə
baş müəllim vəzifəsinə qəbul edilmişdir.

1994-cü ildə filial əsasında yaradılmış Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunda dosent vəzifəsinə seçilmişdir.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika” kafedrasında dosent vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI