Fakültələrarası voleybol yarışının qalibi məlum olub

12 APREL 2017 | VIEWS:
1698

UNEC-də Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan fakültələrarası idman yarışları davam edir. Mart ayından start götürən yarış idmanın voleybol, badminton, basketbol, stolüstü tennis, mini futbol, şahmat, dama növləri üzrə keçirilir.

Aprelin 6-dan 11-dək təşkil edilən voleybol üzrə yarışların qalibi İqtisadiyyat fakültəsi olub. Rus İqtisadiyyat Məktəbi II, Türk Dünyası İşlətmə fakültəsi isə III yerdə qərarlaşıb.

Yarışın hakimi UNEC-in “İdman klubu”nun baş məşqçisi Vahid Yolçuyev olub.

UNEC-in “İqtisadçı” İdman klubu, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışların məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğidir.

Qalibləri təbrik edirik!

1699 1