tahlil_dilbar_fotoFərəcova Dilbər Daşdəmir qızı

1972-ci il avqust ayının 15-də Bakı şəhərində anadan olmuşdur.

1979-cu ildən 1989-cu ilədək Yasamal rayonu 172 saylı məktəbdə orta təhsil almışdır.

1990-cı ildə Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini İqtisadcı ixtisası üzrə bitirmişdir.

1990-cı ildən 1994-cü ilədək ali təhsil (axşam şöbəsi) almaqla yanaşı  İTB Azərsutikinti lahiyə İnstitutunda texnik vəzifəsində işləmişdir.

*

1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi“ kafedrasında laborant, 2005-ci ildən “İqtisadi təhlil və audit“ kafedrasında baş laborant işləyib. 2011-ci ildən kafedrada müəllimə vəzifəsində işləyir.

Hazırda UNEC-in “Mühasibat uçotu və audit kafedrası” kafedrasının müəllimidir.

1998-ci ildən ailəlidir. İki övladı var.

ferecova_dilber_6699