“Global South Development Magazine” nəşrinin xüsusi numayəndəsi UNEC-də

07 APREL 2017 | VIEWS:
1611

IMG_3377Aprelin 7-də “Qonaq Elmi İşçilərin Mübadilə Proqramı” çərşivəsində Azərbaycanda səfərə gələn “Global South Development Magazine” nəşrinin xüsusi numayəndəsi Hriday Sarma UNEC-də olub.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) təşkil etdiyi seminara qatılan Hriday Sarma “Hindistan inkişaf ayrıcında: tərəfdaşlıq perspektivləri” mövzusunda təqdimatla çıxış edib. O, Hindistanın mövcüd iqtisadi vəziyyəti, beynəlxalq əlaqələri, eləcə də Azərbaycanla iqtisadi əlaqələri və əməkdaşlığı haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.

İAETİ-nin direktor müavini, professor Rovşən Quliyev Hindistan və Azərbaycan arasında ticarət sahəsinin genişləndirilməsi məsələlərinin tədqiqatı ətrafında müzakirələr apararaq, əməkdaşlığın əhəmiyyəti qeyd edib.

H.Sarmanın beynəlxalq səviyyədə apardığı tədqiqat işinə dəstək məqsədini daşıyan tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin UNEC və Cavaharlal Nehru Universiteti arasında birgə lahiyələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1612 1