Perviz m_Həmkarlar İttifaqı Komitəsinin sədri Zeynalov Pərviz Vidadi oğlu

e-mail: parviz.zeynalov@unec.edu.az

10 fevral 1986-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olumuşdur. 1992-ci ildə Bakı şəhəri 80 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş, daha sonra təhsilini 9-cu sinifdən 153 saylı orta məktəbdə davam etdirmiş, 2003-cu ildə həmin orta məktəbi bitirmişdir. 2003-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsinə daxil olmuş, 2007-ci ildə həmin universiteti bitirmişdir. 2005-ci ilin dekabr ayından 2006-ci ilin may ayınadək xarici dili daha da mükəmməlləşdirmək məqsədilə İngiltərədə 6 aylıq kursda təhsil almışdır.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə magistr pilləsinin qiyabi şöbəsinə qəbul olmuş, lakin hərbi vəzifəsini yerinə yetirmək üçün təhsilini müvəqqəti olaraq dayandırmışdır. 25 iyul 2007-ci il tarixdən – 25 iyul 2008-ci il tarixədək hərbi xidmətdə olmuş, daha sonra təhsilini davam etdirmiş və 2011-ci ildə maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini müvəffəqiyyətlə bitirmişdir.

2004-cü ilin oktyabr ayından 2005-ci ilin avqust ayınadək Kapital Bank ASC-nın (keçmiş BUS Bank) Rabitə filialında nəzarətçi operator, mütəxəssis vəzifələrində  işləmişdir.
2008-ci ilin noyabr ayında Azərbaycan Respublikası Mərkəzi Bankında (keçmiş Milli Bank) “Mərkəzləşdirilmiş kredit reyestri” xidmətinin mütəxəssisi vəzifəsində işləmişdir.
2010-cu ilin may ayından 2014-cü ilin yanvar ayınadək Kapital Bank ASC-nın Şuşa filialında (Keçmiş Binəqədi rayonunun 2 saylı filialı) müdir müavini vəzifə­sində çalışmışdır.
2014-cü ilin yanvar ayının 24-dən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləyir.

2898 2