“Heydər Əliyevin hakimiyyət dövrü: Əsrə bərabər 10 il”

03 MAY 2017 | VIEWS:
2608

UNEC-in Biznes və menecment fakültəsində “Heydər Əliyevin hakimiyyət dövrü: əsrə bərabər 10 il” mövsuzunda Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.

Konfransın məqsədi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etməklə yanaşı, tələbələri elmi-fəaliyyətə cəlb etmək, onların gələcəkdə peşəkar kadr kimi formalaşmasına dəstək olmaqdır.

Konfransda UNEC-in professor-müəllim heyəti ilə birlikdə ADA və Bakı Biznes Universitetinin tələbələri də iştirak edib.

Fakültə dekanı, dosent Mirağa Əhmədov Ulu Öndərin zəngin irsindən, təhsilə, elmə verdiyi töhfələrdən danışıb. Dahi şəxsiyyətın Azərbaycanın tərəqqisini gənclərin yüksək təhsil almasında, maariflənməsində görüldüyünü diqqətə çatdırıb. UNEC-də Ulu Öndərin irsinin tədqiqi və təbliği məqsədilə tələbə elmi konfransların keçirildiyini qeyd edib.

Ümummilli lider Heydər Əliyevin İqtisad Univetrsitetinin 70 illik yubileyində səsləndirdiyi fikirlərə diqqət çəkən Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Ulu öndərin universitet qarşısında qoyduğu hədəfləri açıqlayıb: “Ulu öndər vətəninə, xalqına sadiq, savadlı gənc kadrların yetişməyini, dövlət siyasətinə uyğun, müasir iqtisadi konsepsiyada dərsliklərin hazırlanmasını, gənc nəslə müasir bazar iqtisadiyyatı tələblərinə uyğun təhsil verməyi tövsiyə edib. UNEC bu istiqamətdə uğurla çalışır. Bu gün UNEC-də tədris çağdaş dərsliklər əsasında aparılır, iqtisadiyyatın bütün sektorları üzrə yüksək ixtisaslı kadrlar hazırlanır”.

Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərrux Tuzcuoğlu konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlər tələbələri elmi fəaliyyətə cəlb etməklə yanaşı, onlarda elmi tədqiqat işlərinə marağı artırır, tədqiqatçılıq fəaliyyətinə istiqamətləndirir.

“Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri professor Arif Şəkərliyevin Ulu öndərin azərbaycancılıq ideologiyasından, uzaqgörən siyasətindən danışıb.

Sonra tələbələrin çıxışları dinlənilib. Konfrans bölmələr üzrə panel iclaslarda davam edib. Maraqlı məruzələri ilə fərqlənən tələbələrə diplom və sertifikatlar təqdim edilib.

2609 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser