Rufar Qasumovi.e.d. Kasumov Rüfət Məmməd oğlu

11 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1967-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) bitirmişdir.

1967-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat iqtisad institutunda işləmişdir.

1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

 

*

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri doktorudur.

1992-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında dosent vəzifəsində çalışır.

215-dən artıq elmi-metodiki əsərin müəllifidir.

Evlidir, bir övladı və bir nəvəsi var.