in2_mustafayev_famili.e.d., prof. Mustafayev Famil Front oğlu

18 sentyabr 1966-cı ildə Azərbaycan Respublikasının Salyan rayonunda anadan olmuşdur.

Təhsili

1973–1983-cü  illərdə Salyan rayonu Nizami adına 2 nömrəli orta məktəbdə təhsil almışdır.
1984-cü ildə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin siyasi iqtisad ixtisası üzrə İqtisadiyyat fakültəsinə daxil olmuşdur.
1989-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1990–1994-cü illərdə Bakı Dövlət Universitetinin “Siyasi iqtisad” kafedrasında  aspirant olmuşdur.

1998-ci ildə Bakı Dövlət Universitetinin  hüquqşünaslıq  ixtisası üzrə Hüquq fakültəsinə daxil olmuş və 2002-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyəti

1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim vəzifəsində çalışmışdır.

1992–2000-ci illərdə iqtisadiyyat sahəsində müxtəlif nazirlik və dövlət komitələrində məsul vəzifələrdə çalışmışdır.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-2″ kafedrasında baş müəllim, 2005-ci ildən dosent, 2013-cü ildən isə 0,5 ştat professor vəzifəsində çalışır.

2004-cü ildən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

 

*

Elmi fəaliyyəti

1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoruelmi dərəcəsini almışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə2009-cu ildə dosent, 2014-cü ildə isə professor elmi adını almışdır.

2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü olmuşdur.

2013-cü ilin fevral ayından Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat və hüquq” elmləri üzrə ekspert şurasının sədri, 2013-cü ilin oktyabr ayından “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədridir.

60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.

Ailəlidir, iki övladı var.

*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI