qubad_s_ni.e.n., dos. İbadoğlu Qubad İbad

1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub.

Bakıda 1-li fizika-riyaziyyat təmayüllü internat məktəbini bitirib. 1987-ci ildə fizika üzrə respublika olimpiadasının qalibi olub.

1987-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub;
1992-ci ildə Azərbaycan Dövlət İqtisad  Universitetini (fərqlənmə diplomu ilə);
1996-cı ildə aspiranturasını bitirib. Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb.

1999-2000-ci illərdə Varşavada Ali İqtisad Məktəbində, 2004-2005-ci illərdə Budapeştdə Mərkəzi Avropa Universitetində tədqiqatlar aparıb. 2008/2009-cü tədris ilində ABŞ-ın Kanzas və Şimali Karolina Universitetlərində ixtisasartırma kursları keçib və elmi tədqiqatla məşğul olub.

 

 

*

Hazırda İqtisad Universitetinin “İqtisadi təhlil” kafedrasında dosent vəzifəsində çalışır.

53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir.
15-dək kitabı və elmi əsərləri dünyanın 10-dan çox ölkəsində çap olunub.

1995-1999-cu illərdə Ekonomiks İqtisad qəzetinin, 2000-2009-cu illərdə Ekspert İqtisad Jurnalının baş redaktoru, olub. 2002-2012-ci illərdə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olunub.

2014-cü ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir.

2008-ci ildə Ödədiyini Açıqla Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupuna, 2009-cu ildə isə Qara Dəniz QHT Forumunun İdarə Heyətinə, 2013- cü ildə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT)-nin Beynəlxalq Heyətinə üzv seçilib.