nazar_zumrudi.e.n., dos. Qurbanova Zümrüd Məmməd oğlu

9 aprel 1954-cü ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində qulluqçu ailəsində anadan olub.

1970-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Plan-Uçot texnikumunun “Plan-iqtisad” fakültəsinə daxil olub.
1973-cü ildə texnikumu fərqlənmə diplomu ilə bitirərək sənədlərini D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İndiki İqtisad Universiteti) Siyasi iqtisad fakültəsinə verib.  Tarix fənnindən fərq imtahanından “əla” qiymət alaraq instituta daxil olub.
1978-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.

1981-ci ildə Azərbaycan Respublikası Ali Təhsil Nazirliyinin verdiyi vahid ştatla “Siyasi iqtisad” kafedrasına baş laborant təyin edilib.

 

 

1992-ci ildə həmin kafedrada əmrlə müəllim keçib.
2000-ci ildə müsabiqə yolu ilə baş müəllim seçilib.

2007-ci ildə “Bazar iqtisadiyyatında dövlətin sosial siyasəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və 22 yanvar 2008-ci ildə iqtisad elmləri namizədi alimlik diplomunu alıb.

2010-cu ildə müsabiqə yolu ilə “İqtisadi nəzəriyyə-1” kafedrasında dosent seçilib.

2008-ci ildə “Ürəkdə bahar” adlı şeir kitabı nəşr olunub.

Ailəlidir, üç qızı, beş nəvəsi var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI