sahxla_0052i.f.d., dos. Hüseynova Şəhla Akif qızı

01.01.1975-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur.

1996-cı ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən BDƏKİ-nin “Ümumiqtisad” kafedrasında laborant, baş laborant, 1998-ci ildən müəllim, 2000-ci ildən isə baş müəllim vəzifəsində çalışmışdır.

2008-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Hazırda Azərbaycan Dövlət iqtisad Universitetinin “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.

1 dərslik, 21 elmi məqalə və tezisin müəllifidir. 2 dərsliyin tərcüməsində iştirak etmişdir.

2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyətləri nəzərə alınaraq təşəkkür elan edilmişdir.

Ailəlidir. İki övladı var.