Şöbə müdiri: i.f.d. Salahov Rəşad Məhəmmədəli oğlu

Telefon: +(994) 12 564-32-65

 

1619 4

Hazırlıq şöbəsi haqqında

Hazırlıq şöbəsi 1972-ci ildən fəhlə fakültəsi kimi fəaliyyətə başlamışdır.

Sovetlər birliyi dağılandan sonra Hazırlıq fakültələri əksər institut və universitetlərdə ləğv olunsa da, Azərbaycan Dövlət İqtisad Universitetində  fəaliyyətini davam etdirdi.

Fakültəyə müxtəlif illərdə dos. A.Həsənov, prof. A.Şəkərəliyev, dos. İ.Məmmədov, dos. X.Xankişiyev, dos. S.T.Qəndilova rəhbərlik etmişlər. Hazırda fakültəyə i.f.d. Rəşad Salahov başçılıq edir.

Fakültə Azərbaycan Dövlət İqtisad Universiteti, habelə başqa ali məktəblərin bakalavr və magistraturasına qəbul olmaq istəyənlərin qəbul  proqramları və fənləri üzrə, ödənişli əsaslarla hazırlığını həyata keçirir.

Hazırlıq fakültəsində UNEC-in təcrübəli, abituriyentlərlə işləməyi yaxşı bacaran, test üsulunun incəliklərinə dərindən bələd olan pedaqoqlar çalışır. İldə iki dəfə dinləyicilərin bilikləri bu və ya digər fənn üzrə keçirilmiş materiallar əsasında, test üsulu ilə yoxlanılır. Hazırlıq  fakültəsinə bakalavr hazırlığı üşün IX, X və XI sinif şagirdləri  qəbul edilir.

*

Hazırlıq fakültəsində, ali məktəblərə daxil olmaq üçün, dinləyicilərin üç ixtisas  qrupuna aid (I, II və III ixtisas qrupları) 11 fənn üzrə hazırlığı üçün (riyaziyyat, fizika, kimya, Azərbaycan tarixi, yeni  tarix və ən yeni tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, rus  dili və ədəbiyyatı, xarici dil) müvafiq olaraq 9 kafedra baza kafedrası kimi müəyyən edilmişdir. Tədris Azərbaycan və rus dillərində aparılır və hər ixtisas qrupuna müvafiq olaraq 5 (beş) fənn üzrə hazırlıq keçirilir. 2008/2009-cu tədris ilindən etibarən hər üç ixtisas qrupunda təhsil alan rus bölməsinin dinləyiciləri üçün əlavə olaraq  Azərbaycan dili  də tədris edilir.

Azərbaycan Dövlət İqtisad Universiteti təhsil sistemində aparılan islahatları sürətləndirmək, ikipilləli təhsil  sistemini daha məqsədəuyğun həyata keçirmək məqsədilə fakültədə 2006/2007-ci tədris ilindən magistraturaya hazırlıq kursları təşkil edilmişdir. Hazırda magistraturaya  hazırlıq 2 (iki) mərhələdə, TQDK-nin təyin etdiyi proqramlar əsasında həyata keçirilir. Belə ki, I mərhələdə bütün ixtisaslar üzrə, II mərhələdə isə yalnız  iqtisadyönümlü ixtisaslar üzrə intensiv kurslar təşkil edilir.