Şöbə müdiri Xalidə Hacı qızı Yusifova 

Əlaqə tel: +(994) 12 492-68-32.               

 

3528 2

Tələbə şöbəsi haqqında

Tələbə şöbəsi universitetdə tələbə kontingentinin şəxsi işləri, müdafiə protokolları və diplomların təşkili ilə bağlı aşağıdakı funksiyaları həyata keçirir:

– tələbə şöbəsinə daxil olan sənədlərin  uçotu və saxlanılmasını həyata keçirmək;

– tələbələrin şəxsi işlərinin qəbulu;

– şəxsi işə aid sənədlərin tam qaydada olmasına nəzarət;

– tələbə əmrlərinin işlənməsi, hər bir əmrdən çıxarış yazılması və müvafiq olaraq tələbənin şəxsi işinə tikilməsi;

– məzunların diplomlarının Təhsil Nazirliyindən alınması;

*

– diplomların düzgün və vaxtında tərtib edilməsinə tam nəzarət;

– diplomların qeydiyyat kitabına salınması;

– məzunlara diplomların verilməsinin təşkili;

– bakalavr buraxılış işinin və magistr dissertasiyasının müdafiəsi protokollarının vaxtında kafedralara paylanılması;

– protokolların düzgün tərtib edilməsinə nəzarət etmək;

– protokolların Tələbə şöbəsinə vaxtında təhvil verilməsinə nəzarət etmək;

– Tələbə şöbəsinə daxil olan məktublara, sorğulara vaxtında cavab hazırlanması.