Direktor: i.f.d. Qasımov Raqif Xanbala oğluƏlaqə tel: (012) 492-64-41; (050) 560-09-20 Direktor müavini: i.e.n., dos. İsayev Söhrab Zülfüqar oğlue-mail: sohrab.isayev@unec.edu.az |
“UNEC imtahan” verilişində müzakirə: “Qış imtahan sesssiyası – yeniliklər, dəyişikliklər” (27.12.2017)
UNEC-də tələbə biliyinin qiymətləndirilməsi qaydalarında dəyişiklik (04.12.2017)
İmtahanlarla bağlı bütün suallar RadioUNEC-də cavablandırılacaq (26.05.2017)
Beynəlxalq konfransın iştirakçıları UNEC-dəki yenilikləri yüksək qiymətləndiriblər (31.01.2017)
“Tədrisin keyfiyyəti tələbələrin gözü ilə”: nəticələr açıqlandı (12.01.2017)
“UNEC imtahan” verilişində tələbələrin sualları cavablandırılıb (29.12.2016)
UNEC rektoru: “Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətini monitorinq etməkdir” (28.10.2016)
UNEC keyfiyyət təminatında Finlandiya və Estoniya təcrübəsindən faydalanacaq (13.06.2016)
UNEC-in keyfiyyət elçiləri təltif olunub (18.12.2015)
*
UNEC-də TƏLƏBƏLƏRİN UNİVERSİTETDAXİLİ İNTİZAM QAYDALARI
Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi (TKQİM) Azərbaycan Dövlət İqtisad Universitetinin rektorluğunun struktur bölməsidir və UNEC-in keyfiyyət təminatı sisteminin tələblərinə uyğun olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi və tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə nəzarət kimi funksiyaları həyata keçirir.
Mərkəz eyni zamanda UNEC-də bakalvr və magistrantların biliyinin attestasiyasını və nəticələrlə əlaqədar apellyasiya prosesini təmin etməklə universitet rəhbərliyinə kollokvium və imtahanların keçirilməsi ilə bağlı mütəmadi məlumat və hesabatlar təqdim edir, semestr imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və tədrisin təkmilləşdirilməsi haqqında müvafiq strukturlara təkliflər verir.
Mərkəz 2015/2016-cı tədris ilindən etibarən UNEC Elektron Universitet Modelinin modlullarının hazırlanması və tətbiqi ilə əlaqədar işləri icra etməkdədir.
Yaranma tarixi, normativ-hüquqi əsasları: Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi UNEC rektorunun 30 sentyabr 2014-cü il tarixli 121/3 saylı əmri ilə yaradılıb. Mərkəz öz funksional fəaliyyətində UNEC rektorunun əmri ilə təsdiq olunmuş Əsasnaməyə istinad edir.
Mərkəzin strukturu və işçi heyəti: Mərkəzin tərkibində “Tədrisin keyfiyyətinə nəzarət”, “İmtahanların təşkili” və “Elektron universitet” şöbələri fəaliyyət göstərir. Ümumilikdə mərkəzdə 26 əməkdaş fəaliyyət göstərir və onların ştat cədvəlinə uyğun vəzifə təyinatı aşağıdakı qaydada aparılmışdır:
s/s | Vəzifə | Əməkdaş(soyadı, adı, atasının adı) | |
1. | Direktor | dos. Qasimov Raqif Xanbala | |
2. | Direktor müavini | dos. İsayev Söhrab Zülfüqar | |
“Tədrisin keyfiyyətinə nəzarət” şöbəsi | |||
3. | Mütəxəssis | Xəlilova Qərənfil Bəxtiyar | |
4. | Mütəxəssis | Əliyeva Aygün Tofiq | |
5. | Mütəxəssis | Cəfərova Leyla Cəfər | |
6. | Mütəxəssis | Əhmədova Aynur Fazil | |
“İmtahanların təşkili” şöbəsi | |||
7. | Şöbə müdiri | Bədəlov Tahir Nadir | |
8. | Şöbə müdir müavini | Musayev Natiq Sultan | |
9. | Böyük mütəxəssis | Məmiyev Sənan Kamran | |
10. | Böyük mütəxəssis | Novruzova Günel Niyazi | |
11. | Böyük mütəxəssis | Yeganlı Tahirə Seyran | |
12. | Böyük mütəxəssis | Ramazanova Şirin Cavanşir | |
14. | Mütəxəssis | Gülməmmədova İradə Abasət | |
15. | Mütəxəssis | Quliyeva Aynurə Yusif | |
16. | Statistik | Nağdəliyeva Rəhilə Nəsib | |
17. | Operator | Məmmədli Günay Yusif |
*
“Elektron universitet” şöbəsi | ||
1. | Şöbə müdiri | Orucəliyeva Kəminə Camaləddin |
2. | Böyük mütəxəssis | Hüseynova Leyla Fikrət |
3. | Böyük mütəxəssis | Hüseynova Qumral Sübhan (ana.məz.) Hüseynova Tofiqə Ataxan |
4. | Böyük mütəxəssis | Əliyeva Könül Səfərəli Məmmədli Məryəm Məhəmməd |
5. | Aparıcı mütəxəssis | Mustafayeva Dünya Azəri |
6. | Aparıcı mütəxəssis | Məmmədova Səidə Yaqub |
7. | Mütəxəssis | Aslanova Bənövşə Babək |
8. | Mütəxəssis | Əliyeva Fatimə Natiq |
2016-cı il ərzində TKQİM-in əsas fəaliyyətinin qısa məzmunu:
Tədris prosesinin müasir tələblərə uyğun, interaktiv metodlarla təşkili və keçirilməsinə və “Elektron universitet modeli”nin tələbləri istiqamətində qurulmasına nəzarətin güçləndirilməsi (Keyfiyyət Elçiləri);
Fənlər üzrə sillabuslarının, tədris vəsaitlərinin, təqdimatların, qiymətləndirmə materiallarının bazasının yaradılması (Elektron Universitet);
2015/2016-cı tədris ilinin Payız və Yaz semestrlərində universitetin bütün fakultələri üzrə kollokvium və imtahanların təşkili, nəticələrin təhlil edilməsi və prosesin təkmilləşdirməsi ilə əlaqədar təkliflərin hazırlanması;
Bunlara əlavə olaraq 2015/2016-ci tədris ilində “Elektron Universitet Modeli”nin tətbiqi UNEC-in bütün tədris korpuslarında təmin olunmuşdur. Mərkəz bununla əlaqədar olaraq, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi məqsədilə üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir. Belə ki, dərs cədvələrinin “Elektron Universitet Modeli”ndə tərtibi təmin edilmiş, auditoriyalarda müasir tədris vasitələrindən istifadə təmin edilmiş və professor müəllim heyəti tərəfindən yaradılmış yeni imkanlardan istifadənin səmərəliliyinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər təşkil edilmişdir.
2016/2017-ci tədris ilində reallaşdırılması nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri: (qarşıya qoyulmuş vəzifələr, yeni təşəbbüslər)