Mərkəzin rəhbərləri:

prof. Şəkərəliyev Arif Şəkərəli oğlu
prof. Kərimov İrşad Abdul oğlu

603 1

Mərkəz haqqında

UNEC-in Elmi Şurasının 28.04.2017-ci il tarixli iclasının qərarı və 23.06.2017-ci il tarixli əmri ilə Xarici ticarətə dəstək mərkəzi yaradılıb.

11.10.2017-ci ildən Xarici ticarətə dəstək mərkəzinə rəhbərlik “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, prof. Arif Şəkərəliyevə və “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri, prof. İrşad Kərimova həvalə edilib.

Mərkəzin fəaliyyət istiqamətləri

- xarici ticarətin dəstəklənməsi ilə bağlı təkliflərin işlənib  hazırlanmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın  qurulmasını  həyata  keçirir;

- beynəlxalq  iqtisadi  əlaqələr  və xarici  investisiya fəaliyyəti, xarici investisiyaların cəlb edilməsi və təşviqi ilə bağlı təkliflər verir;

- sahibkarlığın inkişafı, sahibkarlara və ixracatçılara kömək  sahəsində məsləhət  xidmətlərinin  göstərilməsini və  həyata  keçirilməsini  təmin  edir;

- ölkədə ixracatçılara yardım   göstərmək  və  qeyri-neft  məhsullarının  ixracını  təşviq  etmək  məqsədilə onlara  beynəlxalq ticarət qaydaları haqqında məlumatların verilməsini, marketinq dəstəyinin göstərilməsini və təlimlərin keçirilməsini  həyata keçirir;

- müvafiq sahənin  inkişafını  təmin edir;

- qanunvericiliklə müəyyən edilmiş digər  istiqamətlərdə  fəaliyyət  göstərir.

xariciebc1fb655xariciedc234dfxaricieac6df299f

Xarici ticarətə dəstək mərkəzinin  xəbərləri UNEC NEWS-da

UNEC-in Xarici ticarətə dəstək mərkəzində BƏƏ səfiri ilə görüş keçirilib (24.09.2018)
“İxracın stimullaşdırılmasının dünya təcrübəsi: yanaşmalar və nəticələr”
 (11.01.2018)
UNEC-in Xarici Ticarətə Dəstək Mərkəzində ilk müzakirə – siz də qoşulun
 (27.12.2017)
UNEC-də Xarici Ticarətə Dəstək Mərkəzi fəaliyyətə başlayır
 (30.10.2017)
İxrac potensialının artırılması dövlət siyasətinə UNEC-dən dəstək (18.10.2017)
 

Mərkəzin  vəzifələri

- investisiyalar  və  ixracat  imkanları üzrə məlumat bazasını yaratmaq;

- ölkə ixracatçılarının məhsuluna uyğun xarici bazarların seçilməsinə və potensial müştərilərlə danışıqların  aparılmasına  huquqi yardım  etmək;

- sahibkarlara ixrac edəcəkləri  ölkələrin idxal prosedurları, gömrük  qaydaları,  sertifikatlaşdırma qaydaları  və s. barədə məlumatların verilməsini  təmin  etmək;

- Azərbaycan mallarının, işlərinin və xidmətlərinin xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlərdə iştirak  etmək;

- xarici ticarət fəaliyyəti  sahəsində araşdırmalar aparmaq və müvafiq tədbirlərin görülməsinə dair təkliflər  vermək;

- xarici ticarət  fəaliyyəti iştirakçılarının zəruri iqtisadi  və  hüquqi informasiya ilə  təmin  edilməsi  üçün  tədbirlər  görmək;

- ixrac nəzarəti sahəsində və xarici ticarət fəaliyyətinin tənzimlənməsi haqqında qanunvericilik aktları ilə bağlı təkliflər  vermək;

- dünya mal və xidmət bazarlarının konyunkturunu təhlil etmək, əldə edilən nəticələrə əsasən fəaliyyət  istiqamətləri  üzrə  təkliflər  vermək;

- xarici  ticarət məsələləri ilə əlaqədar beynəlxalq hesabatları müntəzəm təhlil etmək və xarici  ticarətin  təkmilləşdirilməsi  istiqamətində  təkliflər  vermək;

- ölkə  ixracatçılarının beynəlxalq sərgilər və  tədbirlər haqqında məlumatlandırılmasını  təmin  etmək ;

- fəaliyyət  istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə  uyğun  olaraq baxılmasını  təmin  etmək;

- səlahiyyətləri çərçivəsində universitetin  inkişaf  konsepsiyasının  həyata  keçirilməsini  təmin  etmək;

- mərkəzin iş  planını  və  fəaliyyəti  ilə bağlı  hesabatlar hazırlamaq;

- mərkəzin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların  qorunmasını  təmin  etmək;

- fəaliyyət  istiqamətlərinə uyğun olaraq  qanunvericilikdə  nəzərdə  tutulmuş digər vəzifələri  yerinə  yetirmək.