1 noyabr 1967- ci ildə Bakı şəhərində anadan olub.
1985-ci ildə orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub.
1989-cu ildə Azərbaycan Xalq Təsərrüfatı Universitetinin (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Rus dili” kafedrasında laborant;
1993-cü ildə böyük laborant vəzifələrində çalışıb.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Rus dili” kafedrasında müəllim vəzifəsində işləyib.
*
1998-ci ildə Bakı Dövlət Universitetinin dissertantı olub.
2001-ci ildə baş müəllim vəzifəsinə təyin olunub.
2002-ci ildə filologiya elimləri üzrə namizədlik dissertasiyasını müdafiə edib, 2003-cü ildə dosent vəzifəsinə təyin olunub.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Rus dili” kafedrasının dosentidir.
3 metodoki vəsaitin, 1 dərs vəsaitinin, 1 monoqrafiyanın, 20- dən çox məqalə və tezislərin müəllifidir.
Bir övladı var.